Bu epidemiya 8 nəfərin ölümünə səbəb oldu

DÜNYA 08 dek 2023, 18:28
Xarab qovunun səbəb olduğu salmonella epidemiyası nəticəsində ABŞ-da 3, Kanadada 5 olmaqla 8 nəfər ölüb, yüzlərlə insan xəstəxanalara yerləşdirilib.

Demokrat.az xəbər verir ki, bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) açıqlama yayıb.

Açıqlamada, noyabrın ortalarından bəri 38 ştatda 230 nəfərin salmonella epidemiyasından təsirləndiyi bildirilib.

Həmçinin xəstələrdən 96-nın xəstəxanaya yerləşdirildiyi, 3 nəfərin dünyasını dəyişdiyi bildirilib.

Kanada səhiyyə rəsmiləri həmçinin ölkədə 129 hadisənin olduğunu və xəstəxanaya yerləşdirilən 44 nəfərdən 5-nin öldüyünü açıqlayıb.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top