Zəlzələ uçuşlarımıza təsir etməyib — AZAL

İNFRASTRUKTUR 07 dek 2023, 12:00
Azərbaycan Hava Yolları Bakı yaxınlığında baş vermiş zəlzələyə baxmayaraq, uçuşları cədvələ uyğun həyata keçirməyə davam edir.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Demokrat.az-a verilən məlumata görə, bütün uçuşlar sərnişinlərin rahatlığını və təhlükəsizliyini təmin etməklə ştat rejimdə yerinə yetirilir.

Qeyd edək ki, Azərbaycanda baş vermiş 5.6 bal gücündə zəlzələnin ocağı Xəzər dənizində, 68 km dərinlikdə qeydə alınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top