Saatlıda 31 odlu silah təhvil götürülüb

SOSİAL 03 dek 2023, 20:46

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi ilə istiqamətində profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin (DİN) verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində bu gün bir nəfər rayon sakini illər öncə vəfat edən babasından qalmış bir ədəd “TOZ-8M” markalı yivli silahı və bir ədəd F-1 əl qumbarasını könüllü olaraq polis əməkdaşlarına təhvil verib.

Cari il ərzində isə polis şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən tədbirlər nəticəsində rayon sakinlərindən biri avtomat, biri Karabin, 29-u isə ov tüfəngi olmaqla ümumilikdə 31 odlu silah təhvil götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top