ABŞ Asiyada yeni raketlər yerləşdirəcək

DÜNYA 03 dek 2023, 16:30
ABŞ 2024-cü ildə Hind və Sakit Okean regionunda orta mənzilli yerüstü raketlər yerləşdirməyi planlaşdırır.

Bu barədə ABŞ-nin Hind-Sakit Okean Komandanlığının nümayəndəsi Rob Fillips məlumat yayıb.

Bu cür silahların “Çinə qarşı çəkindiriciliyi gücləndirmək” üçün Soyuq Müharibədən sonra ilk dəfə bölgədə peyda olacağı gözlənilir.

Söhbət “Standard Missile-6” (SM-6) raketinin və ya “Tomahawk” qanadlı raketinin yerüstü versiyasından gedir. Bu raketlərin uçuş məsafəsi 500 ilə 2,7 min km arasında olacaq.
Fillips bu cür raketlərin regiona gətirilicəyi dəqiq vaxtı və yeri açıqlamayıb. Lakin ekspertlərin fikrincə, söhbət ilk növbədə ABŞ-nin Quamdakı bazalarından gedir.//Oxu.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top