"Açıq qapı" aksiyasında mühüm məqamlar açıqlandı — VİDEO

SOSİAL 01 dek 2023, 23:01
“Azəristilik” Açıq Səhmdar Cəmiyyəti və  SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi arasında ciddi olaraq heç bir problem yoxdur. Amma debitor borclar var ki, bu da kifayət qədər cəlbedici rəqəmlərdir”.

Bu sözləri Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı bildirib. Şöbə rəisinin sözlərinə görə 01.11.2023-cü il tarixinə olan məlumata əsasən “Azəristilik" ASC-nin “Azəriqaz” İB-ə 37,5 milyon manat debitor borcu var. Bu borcun 22,9 milyon manatı təsdiqini tapıb və razılaşdırılıb. Yerdə qalan məbləğ isə hələ ki, müzakirə mövzusudur. “Yəqin ki, iki dövlət qurumu arasında sözügedən məbləğin razılaşdırılması ilə əlaqədar razılıq əldə olunacaq.”- deyə qurum rəsmisi qeyd edib. Birliyin SƏTƏMM və Keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov qaz təsərrüfatı haqqında qanuna edilən dəyişikliyə əsasən həm istehlakçıların, həm də qazpaylayıcı olaraq “Azəriqaz” İB-nin üzərinə müəyyən öhdəliklərin qoyulduğunu qeyd edib. “Təhlükəsizliyin təmini təkcə praktiki məsələ deyil, həm də insanların maarifləndirilməsi çox önəmlidir və ən vacibidir. İstehlakçıların maarifləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birgə buklet hazırlamışıq. Buklet vasitəsi ilə təbii qazın istifadəsi zamanı qaz sızması hallarında ümumilikdə abonentlərin yarana biləcək təhlükələrdən necə qorunması ilə bağlı lazımi məlumat verilib. Hazırlanan bukletlər müxtəlif vasitələrlə abonentlərə təqdim olunacaq.” - deyə İlkin Behbudov qeyd edib.

Daha sonra görüş jurnalistlərin suallarının cavablandırılması ilə davam edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top