Bakıda “Sənaye Təhlükəsizliyi Zirvəsi” keçirilir

İNFRASTRUKTUR 30 noy 2023, 11:09
Azərbaycanda ilk dəfə keçirilən “Sənaye Təhlükəsizliyi Zirvəsi” öz işinə başlayıb.

Demokrat.az
xəbər verir ki, tədbir Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunaraq Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası və Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi Tədqiqat İnstitutunun birgə təşkilatçılığı, BP Azərbaycan şirkətinin baş sponsorluğu və “Facemark” şirkətinin təşkilati dəstəyi ilə keçirilir.

Zirvə 3 fərqli panel və 15-dək spiker və moderatorun iştirakı ilə “Sabahın çağırışları” şüarı altında öz sahəsinin 450-dən çox rəhbər, idarəçi və qərarverici şəxslərinin iştirakı ilə keçirilir. “Sənaye Təhlükəsizliyi Zirvəsi”ndə özəl və dövlət müəssisələrin nümayəndələri, müvafiq sahənin nazirləri, icraçı direktorlar, şirkət nümayəndələri, dövlət qurumlarının rəsmiləri, iş adamları və sahibkarların iştirakı ilə sənaye təhlükəsizliyi, əməyin mühafizəsi və iş yerində təhlükəsizliklə bağlı məsələlərdə dünyada tətbiq olunan yeniliklər, bu sahədə müasir innovasiyalar və qabaqcıl təcrübələrin dialoqlar, müzakirələr və fikir mübadilələri ilə paylaşılması hədəflənib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top