“ATƏT Parlament Assambleyasında Paşinyanın Qərbi Azərbaycana qayıdış məsələsini təcavüz və təhdid kimi qələmə verməsi Ermənistanın ikiüzlü siyasətinin bariz nümunəsidir və Azərbaycana beynəlxalq müstəvidə işğalçı don geydirməkdir”.
Bunu Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, Azərbaycanı təcavüzkar dövlət kimi qələmə verməklə, əslində Ermənistan öz cinayət əməllərini ört-basdır edir:

“Ermənistan 30 ilə yaxın müddət ərzində Azərbaycan ərazilərini işğal altında saxlayıb, etnik təmizləmə aparıb. Həmçinin qərbi azərbaycanlıları vətənlərindən deportasiya edib. Belə olan halda Ermənistan Baş nazirinin ATƏT PA-dakı mövqeyi onu göstərir ki, Ermənistan hökuməti azərbaycanlıların oraya qayıdışına hazır deyil. Bu, Ermənistan tərəfinin beynəlxalq hüququn norma və prinsiplərini pozması deməkdir”.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ATƏT Parlament Assambleyasının sessiyasındakı çıxışında “Qərbi Azərbaycan İcması”nın nümayəndələrinin öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtması istəyini və bu istiqamətdə aparılan təbliğatı Ermənistana qarşı “təcavüzə hazırlıq” kimi şərh edib.
Törə Zeynallı
Demokrat.az