Qızılcaya yoluxma halları və ölüm halları 2021-2022-ci illər arasında kəskin şəkildə artıb.
Demokrat.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) yeni hesabat yayıb.
Hesabatda, həmin tarixlərdə qızılcaya yoluxma hallarının təxmin edilən sayında 18 faiz artım olduğu bildirilib.
Bu statistika, yoluxmaların sayının 2021-ci ildəki 7,8 milyondan bir il ərzində 9,2 milyona yüksəlməsi deməkdir.
Həmçinin qızılcadan ölənlərin sayının 43 faiz artdığı bildirilib. Beləliklə, ölənlərin sayı 95 mindən 136 minə yüksəlib.
Aysu
Demokrat.az