Prezident Ərdoğan Qəzzadan gətirilən xəstələri ziyarət etdi

REGİON 16 noyabr 2023, 22:59
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzadan Türkiyəyə gətirilən xərçəng xəstələrini ziyarət edib.

Demokrat.az
xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, bəzi xərçəng xəstələri və onların yaxınlarını daşıyan iki təyyarə Qəzzadan Türkiyəyə çatıb. 

Misirin Əl Ariş hava limanından qalxan təyyarələr Ankara Esenboğa hava limanına enib.

Təyyarədə olan 27 xəstə təcili yardım maşınlarına köçürülərək Bilkent Şəhər Xəstəxanasına aparılıb.

Prezident Rəcəb Tayyib Ərdoğan 27 xərçəng xəstəsini ziyarət edib.

Prezident Ərdoğan xəstələri bir-bir ziyarət edərək tezliklə sağalmalarını diləyib, sağlamlıqları ilə bağlı məlumat alıb.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 may 2025, 00:10
Top