
Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə Gəncə şəhər ərazisində qeydə alınıb.
Yol-nəqliyyat hadisəsi zamanı avtomobilin sürücüsü, Goranboy rayon sakini, 1988-ci il təvəllüdlü Vüsal Bayramov ağır xəsarət alıb.
Həyat yoldaşı, 1985-ci il təvəllüdlü Jalə Nəbiyeva isə hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılıb.(Report)