“Əminə ilə fəxr edirəm” — VİDEO

GÜNDƏM 20 may 2025, 21:44
Xalq artisti Emin Ağalarov kunq-fu üzrə dünya çempionatında “light sand” döyüşü üzrə dünya çempionu olan qızı Əminə ilə bağlı paylaşım edib. 

OLAY yazır ki, Emin instaqram səhifəsində paylaşılan postda bu sözləri qeyd edib:

“Bu, Əminənin iştirak etdiyi ilk beynəlxalq yarış idi. Qızım 11 yaşında birinci yeri tutdu. Atası olaraq Əminə ilə fəxr edirəm. O, yarışlara olduqca ciddi şəkildə hazırlaşırdı. Gündə iki dəfə mənim nəzarətim altında məşq edirdi. Əminə hansı qərarı versə, mən və anası onun tam dəstəkləyəcəyik. Bütün uşaqlarımıza uğur olsun!”.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 may 2025, 00:10
Top