9 nəfərin qida zəhərlənməsinə səbəb olan Naxçıvan şəhəri Ə.Əliyev küçəsi, ev 20 ünvanında fəaliyyət göstərən fiziki şəxs Məmmədov Cəbrayıl Natiq oğluna məxsus “Tac dönər” adlı dönərxanada Agentliyin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.
Demokrat.az xəbər verir ki, bu barədə Naxçıvan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Yoxlama zamanı dönərxanada normativ tələblərin pozulduğu məlum olub.
Belə ki, məhsulların müvafiq temperaturda saxlanılmadığı, temperaturun monitorinqinin həyata keçirilmədiyi və qeydiyyatının aparılmadığı, içkilərin birbaşa günəş şüaları altında saxlanıldığı, soyuducularda mal qonşuluğu prinsipinə əməl olunmadığı aşkarlanıb.
Şübhəli məhsul hesab edilən mayonez, sous, ət və toyuq dönərlərindən nümunələr seçilərək analizlərin aparılması üçün Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və dönərxananın dönər emalı hissəsinin fəaliyyəti məhdudlaşdırılıb.