“Bu gün Azərbaycan sürətli iqtisadi inkişaf, regional əhəmiyyətli enerji layihələri, sabitlik, əlverişli biznes mühiti, multikulturalizm və yüksək sosial rifah kimi anlayışları özündə ehtiva edən bir məkandır. Daha yüksək hədəflərə nail olmaq üçün ölkədə aparılan islahatlar, inkişaf proseslərinə mane olan mənfi halların tam aradan qaldırılması mühüm əhəmiyyət kəsb edir. Bunun üçün də korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır və ardıcıl tədbirlər həyata keçirilir”.
Bu sözləri Demokrat.az-a açıqlamasında millət vəkili Müşfiq Cəfərov bildirib.
Millət vəkili qeyd edib ki, 1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycanda həmin illər korrupsiya ilə mübarizə üçün zəruri qanunvericilik bazası olmayıb, səmərəli institusional mexanizmlər formalaşmayıb:
“Müstəqilliyin ilk illərində demokratik institutları və iqtisadiyyatı tənəzzülə uğramış Azərbaycanda ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ictimai-siyasi sabitliyə nail olunub. Ölkəmizin demokratik dəyərlərə və bazar iqtisadiyyatına əsaslanan hüquqi dövlətin qurulmasını təmin edən strateji inkişaf yolu seçilib. Beləliklə bundan sonra korrupsiyaya qarşı mübarizə gücləndirilərək Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətinə çevrilib”.
Deputat əlavə edib ki, ümumiyyətlə korrupsiya demokratik funksiyalara, insan hüquqlarına və qanunun aliliyinə problemlər yaradır:
“Düşünürəm ki, korrupsiyaya qarşı mübarizəni dövlət təsisatı səviyyəsində gücləndirməliyik. Çünki korrupsiya əhalinin dövlətə, hökumətə etibarına ciddi zərbə vurur. Bu sahədə beynəlxalq normaları və milli təcrübələri ümumiləşdirərək korrupsiyaya qarşı mübarizənin daha səmərəli aparılması işinə töhfə verə bilərik”.
Leyla Turan
Demokrat.az