Rusiya və NATO Baltik dənizində toqquşa bilər

DÜNYA 20 may 2025, 21:14
Rusiya tərəfi Baltik dənizində vəziyyətə nəzarət edəcək və lazım gələrsə, NATO üzvü olan ölkələrin təxribatlarına cavab verəcək. 

Demokrat.az
xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib. 

Zaxarova Estoniya Hərbi Dəniz Qüvvələrinin Rusiya limanına üzən gəmini ələ keçirməyə cəhdini şərh edib. 

O bildirib ki, NATO-nun Baltikyanı ölkələrdə beynəlxalq hüququ pozaraq təxribat xarakterli hərəkətləri beynəlxalq ictimaiyyət tərəfindən aydın şəkildə qiymətləndirilib.

Zaxarovanın sözlərinə görə, Rusiya alyans ölkələrinin hərəkətləri ölkənin maraqları və gəmiçilik təhlükəsizliyi üçün risklər yaradarsa, onlara cavab verməyə hazır olacaq.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 may 2025, 00:10
Top