2025-ci ilin yanvar-mart aylarında Azərbaycana gələn turistlər arasında su nəqliyyatından istifadə edənlərin sayı 4 965 nəfər olub. Bu göstərici turistlərin su yolu ilə sərnişindaşınmasına, ölkələrarası gəmi turlarına olan marağından xəbər verir. Bəs Azərbaycanda gəmi turizmi nə qədər inkişaf edib?
Turizm eksperti Ceyhun AşurovMetbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycandan Xəzər dənizi hövzəsinə daxil olan Rusiya, İran, Qazaxıstan və digər ölkələrə su yolu ilə səyahətlər həyata keçirilə bilər. Sadəcə, bunun üçün müvafiq razılaşmaların əldə olunması vacibdir:

C.Aşurovun sözlərinə görə, ölkənin bir məntəqəsindən digərinə Xəzər dənizi vasitəsilə çatdırılma, sərnişindaşıma və s. kimi xidmətlərin həyata keçirilməsi də turistlər üçün maraqlı ola bilər:
“Bu istiqamətdə müəyyən layihələr müzakirə olunur. Gələcəkdə Bakının inkişaf strategiyasında da bu kimi məsələlər yer alır. Çünki Xəzərdə hələ tam istifadə olunmayan, böyük turizm potensialına malik iri adalar da mövcuddur”.

