Bakı-Quba yolunda zəncirvari qəza olub, ölən və yaralananlar var

HADİSƏ 20 may 2025, 22:16

Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində zəncirvari qəza olub, ölən və yaralananlar var.

Hadisə zamanı "Mercedes" markalı iki minik avtomobili və üç yük maşını toqquşub.

Toqquşma nəticəsində 1986-cı il təvəllüdlü Rzayev Ruslan İsmayıl oğlu hadisə yerində dünyasını dəyişib, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb olunub.

Qəzanın səbəbləri araşdırılır.(Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 may 2025, 00:10
Top