Pakistan və Hindistan önəmli razılaşma əldə ediblər

DÜNYA 20 may 2025, 20:29
Hindistan və Pakistan hakimiyyət orqanları qoşunlarını əvvəl tutduqları mövqelərə  qədər geri çəkmək üçün razılaşıblar. 

Demokrat.az
xəbər verir ki, bu barədə TASS məlumat verir.

Pakistanın anonim təhlükəsizlik rəsmisi tədbirin hansı tarixə planlaşdırıldığını açıqlamayıb.

Hindistan və Pakistan arasında münaqişə aprelin 22-də Hindistanın nəzarətində olan Kəşmirin Pahalqam bölgəsində mülki şəxslərə hücum edildikdən sonra daha da şiddətlənib. Hindistan hadisəyə görə Pakistan kəşfiyyatını günahlandırıb.



Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 may 2025, 00:10
Top