
“Kuruluş Osman” serialının heyətinə yeni aktyor qatılıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda türkiyəli jurnalist Birsen Altuntaş məlumat yayıb.
Məlumata görə, gənc və uğurlu ulduz Efekan Can “Kuruluş Osman” serialına qatılacaq.
O, ekran işində “Oğuz” obrazını canlandıracaq.
Qeyd edək ki, serialın baş rolunu Burak Özçivit canlandırır.
