İranda limandakı partlayışa görə iki nəfər saxlanılıb

REGİON 04 may 2025, 21:42
İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayışla bağlı iki nəfəri həbs edib.

APA xəbər verir ki, bu barədə SNN agentliyi məlumat yayıb.

“İstintaq zamanı bir neçə şübhəli şəxs müəyyən edilib. Nəticədə dövlət qulluqçusu kimi tanınan bir rəhbər və özəl şirkətdən bir menecer saxlanılıb”, - məlumatda deyilir.

Qeyd edək ki, aprelin 26-da Fars körfəzi sahillərində yerləşən dəniz limanının ərazisində təhlükəli materiallar və kimyəvi maddələr olan anbarda partlayış baş verib.

Partlayış nəticəsində təxminən 70 nəfər ölüb, 1200 nəfər isə xəsarət alıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top