CHP sədrinin qızı ölümlə təhdid olundu — "Bu film qəbiristanlıqda bitəcək"

GÜNDƏM 04 may 2025, 23:38
CHP lideri Özgür Özələ hücumdan sonra qızı İpək Özəl hədəfə alınıb. 

SAVASHMEDİA.az xəbər verir ki, CHP sədrinə hücum edən Səlcuq Tengioğlunun adına açılan saxta hesabdan  Özgür Özəlin qızı İpək Özelin ünvan məlumatları paylaşılıb və “bu film qəbiristanlıqda bitəcək” tipli ölüm təhdidləri edilib.

“Selcuktengioglu_” adlı istifadəçi hesabının İnstaqramda etdiyi paylaşımda bu ifadələr işlədilib: “İpək, demək istəyirəm ki, məndə sizə aid bütün məlumatlar var.  Özəl, görək qızın da sizin kimi şanslı ola biləcəkmi? Bu gecəyə hazır olun.” Başqa bir paylaşımda isə özünü “Selçuk Tengioğlu” kimi təqdim edən şəxs “bu dəfə xilas olmayacaqlar”, “həm özü, həm də arvadı həlak olacaq” kimi ifadələrlə təhdid ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top