HƏMAS-ın İsrailə hücum planının müəllifləri məlum oldu

GÜNDƏM 07 noy 2023, 23:30
Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücum planının müəllifləri kimi təşkilatın lideri Yəhya Sinvar və hərəkatın hərbi qanadı “Əl-Qəssam” briqadasının rəhbəri Məhəmməd əl-Deyfin adları çəkilir.

Vurğulanır ki, əksər HƏMAS üzvləri üçün “Əl-Əqsa tufanı” əməliyyatının başlaması sürpriz olub. Onlar əməliyyat başlamazdan əvvəl gözlənilmədən səhər saat dörddə namaza getmək üçün şifahi əmr alıblar. Səhər saat altıda isə şifahi olaraq artıq döyüş əmri verilib.

Hücumda iştirak edən HƏMAS bölmələrinin hər birinə ayrıca hədəf qoyulduğu qeyd edilir.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top