Bakının Səbail rayonunda 1994-cü il təvəllüdlü Pənah ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Nuraya (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin fevralın 6-da baş verib.
Pənah həmin gün saat saat 14.40-da yaşadıqları evdə şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı arvadı Nurayın bədəninin müxtəlif nahiyələrinə təpik və yumruq zərbələri vurub.
Hadisəni törədən Pənahın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxsin qismində ifadə verən Pənah ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, arvadı Nurayın əlindən vurmayıb: “Nurayın əlinə xəsarəti və onun nəticəsində yaranmış hematomanı mən etməmişəm. Hadisə günü, saat 14 radalərində işdən yaşadığım evə gəldim və hamama keçdim. Sonra çöl qapının döyüldüyünü eşidərək dərhal hamamdan çıxdım və qapını açdım. Həmin vaxt Nuray işdən gəlib yüksək səslə mənə qapını niyə açarla aşağıdan bağladığımı, bu səbəbdən gələrək çöldə qaldığını dedi. Nuray mənimlə mübahisə etməyə başladı. Sonra biz bir-birimizin ünvanına nalayiq ifadələr işlətməyə başladıq. Aramızda dava-dalaş baş verdi. Nuraya bir dəfə qapaz vurdum. Sonra ayaq nahiyyəsinə bir dəfə əlimin içi ilə zərbə vurdum. Nuray özünə məxsus mobil telefondan öz xalasının oğluna zəng vurmasını dedi. Lakin Nuraya imkan verməyərək telefonu ondan aldım. Sonra telefonu qaytardım. Nuray da evdən getdi. Sonradan mənə məlum oldu ki, Nuray barəmdə 9-cu polis bölməsinə şikayət edib”.
İş üzrə zərərçəkmiş Nurayın sözlərinə görə, 15 iyul 2022-ci ildə Pənah ilə rəsmi ailə həyatı qurub və onunla birlikdə yaşayıblar: “Ailə qurduğum müddətdən qısa bir zaman sonra aramızda tez-tez ailə daxili mübahisələr yaranmağa başladı. Ərim tərəfindən mütamadi şiddətə məruz qaldım. Əvvəllər Pənah tərəfindən mənim qulağıma, üzümə xəsarət yetirilib. Bununla bağlı məndə tibbi sənədlər mövcuddur. Hətta bu hadisədən əvvəl qonuşularımız ərim tərəfindən döyülməsi ilə bağlı 102 çağrı mərkəzinə müraciət edərək şikayət bildirib”.
Zərərçəkmiş deyib ki, hadisə günü, günorta saatlarında işdə olduğu zaman hamilə olduğuna görə özünü pis hiss edib, icazə alaraq saat 14 radələrində yaşadığı ünvana gəlib və qapını döyməyə başlayıb: “Təxminən 5-6 dəqiqə qapını möhkəm döydüm. Bundan sonra Pənah qapını açdı. Mənzilə daxil olan kimi Pənah mənim və valideynlərimin ünvanına nalayiq ifadələr işlətməyə başladı. Pənahın təhqirlərinə dözməyərək ona cavab qaytardım və yataq otağına getdim”.
Zərərçəkmişin sözlərinə görə, bu zaman Pənah yataq otağına daxil olaraq onun baş nahiyyəsinə şillə və yumruq zərbələri endirib: “Mən dəhlizə çıxmağa çalışan zaman Pənah saçlarımdan yapışaraq yolmağa başladı, kürəyimə zərbə endirdi. Bundan sonra qonaq otağına keçərək kresloya oturdum. Bu zaman Pənah yenə şillə, təpik və yumruq zərbələri vurdu. Mən də həmin vaxt xalam oğlunu kömək etməsi üçün zəng etdim. Bu zaman Pənah mobil telefonu əlimdən alaraq hamam otağına getdi. Məni telefonu almaq üçün Pənahın arxasıyla hamam otağına getdim. Pənahın əlindən mobil telefonu alaraq evdən çıxdım. Evdən çıxan zaman Pənah mənə “necə gəldin elə gedəcəksən, uşağı burda qoyub gedəcəksən” dedi. Daha sonra həmin binanın həyətinə düşdüm. Sancılandığımı hiss etdim, küçədə daşın üzərində oturdum. Bu zaman bir neçə nəfər mənim üçün narahat oldu və mənə köməklik etdi. Bir müddət sonra qohumum ora gəldi və ağrılarım olduğu üçün məni xəstəxanaya apardı. Dəfələrlə Pəınah tərəfindən şiddətə məruz qalmışam, ondan şikəyatçiyım”.
Bu cinayət işinə Səbail rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Pənah 1500 manat məbləğində cərimə cəzası alıb.
Fariz Məlikli
Demokrat.az