Benzin istehsalı artıb — Qiymətlər isə…

GÜNDƏM 12 okt 2023, 17:14
Yanvar-sentyabr aylarında neft məhsullarının istehsalında artım olub. Ötən ilin anoloji dövrü ilə müqayisədə istehsalın ümumi dəyəri 11,5 faiz artmaqla 3 347,6 milyon manat olub.

Demokrat.az
xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, neft məhsullarından sürtkü yağlarının istehsalı 57,7%, neft koksunun istehsalı 27,4%, qazoylların (dizel yanacağının) istehsalı 20%, avtomobil benzininin istehsalı 19,1% artıb. Neft bitumen istehsalı 30,7%, mazut istehsalı isə 92,4% azalıb.

İqtisadçı ekspert Natiq Cəfərli Demokrat.az-a açıqlamasında deyib ki, neft məhsullarının istehsalının artması qiymətlərə təsir etmir:



“Qiymətlər dövlət tərəfindən tənzimlənir. Yeganə olaraq Aİ-95 və Aİ-98 markalı benzinin qiymətini Tarif Şurası tənzimləmir. Çünki onlar Azərbaycanda istehsal olunmur, xaricdən gətirilir. 

Keçən il ölkədə neftayırma zavodlarının bir qismi təmirə dayanmışdı. Təmir bitdikdən sonra bir neçə istehsal sahəsi artıq fəaliyyətə başlayıb. Neft məhsullarının istehsalının artması daha çox bununla bağlıdır. Zavodların daha müasir texnologiyalarla təchiz edilməsi istehsal həcminin artmasına təsir göstərir. 

İstehsalın həcminin qiymətlərə təsir etməsi üçün Tarif Şurasının qərarı lazımdır. İstehsal artsa da, azalsa da, Tarif Şurasının qərarı qiymətləri bəlli edir. Təəssüf ki, son zamanlar qiymət məsələsində yalnız artımla bağlı qərarlar verilir, azalma görmürük”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top