Sahibkarlarla növbəti görüş Samuxda keçiriləcək

SOSİAL 09 oktyabr 2023, 17:45
SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. SOCAR “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Samux rayonunda görüşü təşkil olunacaq.

Qurumun mətbuat xidmətindən Demokrat.az-a verilən məlumata görə, aksiya Qarayeri qəsəbəsində (İcra nümayəndəliyinin qarşısında) baş tutacaq.

“Səyyar qəbul otağı” oktyabrın 11-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 iyul 2025, 23:23
Top