Livanın şərqində bir həbsxanada məhbusların "pis həyat şəraitinə" etiraz etmək üçün başlatdıqları yanğında 4 məhbus həyatını itirib.
Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Rəsmi "NNA" agentliyi məlumat yayıb.
Məlumata görə, həbsxananın yuxarı mərtəbəsində bəzi məhbuslar “yaşayış şəraitinin pis olması" ilə bağlı etiraz aksiyası keçirib.
Bu zaman başlayan alov qısa müddətdə bütün mərtəbələrə yayılıb.
İlkin təsbitlərə görə, baş verən yanğında 4 məhbus həyatını itirib və çoxlu sayda insan yaralanıb.
Həbsxanaya çoxlu təcili yardım maşınları gəlib və yaralılar şəhərdəki xəstəxanaya aparılıb.
Aysu
Demokrat.az