“Yevlaxa gələndə yolboyu sevincimdən qışqırıb ağlamışam” — Əməkdar artist

ŞOU-BİZNES 21 sen 2023, 14:06
"Mənfur düşmənin hər zaman arzusu olub ki, Yevlaxa, Kürün sahilinə qədər gəlsinlər. Bu gün arzularını Yevlaxda dəfn edəcəklər". 

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gülüstan Əliyeva "Sabahın xeyir, Azərbaycan" proqramında deyib. Yevlaxda olan xanəndə sözlərinə bunları əlavə edib:

"Bu gün Yevlaxda eyforiyalara, arzulara nöqtə qoyulacaq. Qürurvericidir ki, Ali Baş Komandanımız separatçıların, ermənilərin hər bir sitatda, fikirdə dediklərinin üstündən xətt çəkdi.

Yevlaxa gələndə yolboyu sevincimdən qışqırıb, ağlamışam. Gözlənilən bir an, hadisə idi. Nə xoş bizə ki, Azərbaycan vətəndaşıyıq və bunu yaşayırıq. Şəhidlərimizin məkanı cənnət olsun, ailələrinə səbr diləyirəm".

Qeyd edək ki, bu gün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüş keçirilir. 

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top