Əminə Ərdoğan Kolumbiya prezidentinin xanımı ilə görüşdü

DÜNYA 19 sen 2023, 18:52
Prezident Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan Nyu Yorkda Kolumbiya prezidenti Qustavo Petronun xanımı Veronika Alkoser Qarsiya ilə görüşüb.

Demokrat.az
xəbər verir ki, bu barədə "Anadolu Agentliyi" məlumat yayıb.

Görüş Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyası toplantıları çərçivəsində Nyu-Yorkda baş  tutub.

Tərəflər görüş çərçivəsində, qadın hüquqları, təhsildə bərabər imkanlar və tullantıların idarə edilməsi haqqında ətraflı müzakirə aparıblar.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top