AQTİ-nin əməkdaşı 28 yaşında vəfat edib

HADİSƏ 18 avqust 2023, 13:50
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Milli Referens Laboratoriyasının əməkdaşı Nuranə Hamlet qızı Mollayeva uzun sürən xəstəlikdən sonra vəfat edib.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

N.Mollayeva 1995-ci il martın 3-də anadan olub. 

O, Bakı Dövlət Universitetini bitirərək bioloq ixtisasına yiyələnib. 

Türkiyə Respublikasının Anadolu Universitetində biotexnologiya ixtisası üzrə magistr təhsili alıb. 

2019-cu ildən AQTİ-də “Analitik Ekspertiza Mərkəzi” departamentinin Milli Referens Laboratoriyasının Bioloji müayinələr bölməsində böyük mikrobioloq vəzifəsində çalışmağa başlayıb.

AQTİ-dən bildirilib ki, N.Mollayeva vəzifə təlimatlarında nəzərdə tutulan tapşırıqları vaxtında və peşəkarlıqla yerinə yetirib, nümunəvi davranışları ilə seçilib, kollektivin rəğbətini qazanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 may 2025, 10:15
Top