SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir

SOSİAL 29 iyul 2023, 17:26
Növbəti həftə (31 iyul, 1, 2 və 4 avqust tarixləri) saat 11:00-dan 12:00-dək daha 4 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyası keçiriləcək.

Demokrat.az
xəbər verir ki, aksiya həftənin 1-ci günü Xaçmaz rayonunda (Qımılqışlaq kəndi), 2-ci günü Siyəzən rayonunda (Yenikənd kəndi), 3-cü günü Qusar rayonunda (Avaran kəndi), 5-ci günü isə Quba rayonunda (Qəcər-Zeyid kəndi) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top