Dünya

Məşhur müğənni vəfat etdi

Məşhur müğənni vəfat etdi

Amerikanın məşhur pop müğənnilərdən biri olan Toni Bennet 96 yaşında vəfat edib.

Demokrat.az xəbər verir ki, bu barədə müğənninin meneceri Silvia Weiner AFP-yə bildirib.

O deyib ki, sənətçi bu gün 96 yaşında doğulduğu Nyu York şəhərində vəfat edib.

2016-cı ildən bəri Altsheymer xəstəliyinə tutulduğu bilinən dünya şöhrətli sənətçinin ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, sənətçinin ən böyük hitləri "Because of You", "Rags to Riches" və "Cold, Cold Heart" 50-ci illərin əvvəllərində bir nömrəyə yüksəlmişdi.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova