Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin dövlət başçısı ilə görüşdü

REGİON 19 iyl 2023, 20:36
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri çərçivəsində bu ölkənin prezidenti Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan ilə təkbətək görüşüb.

Demokrat.az xəbər verir ki, bu barədə "Anadolu Agentliyi" məlumat yayıb.

Bildirilib ki, “El Vətən” sarayında keçirilən görüş mətbuata qapalı olub.

Daha sonra Türkiyə Prezidenti vəliəhd şahzadə Salmanla görüşüb. Tərəflər infrastruktur, tikinti, mühəndislik, müdafiə və enerji sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Görüşdən sonra onlar mətbuata birgə bəyanatla çıxış ediblər.//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top