Çində 25 şagirdi zəhərləyən müəllim edam edildi

DÜNYA 14 iyl 2023, 15:55
2019-cu ildə Çində 25 şagirdi zəhərləyən uşaq bağçası müəlliminin edam edildiyi açıqlanıb. 

Demokrat.az xəbər verir ki, ilk olaraq 9 ay həbs cəzası alan müəllim daha sonra ölüm cəzasına məhkum edilib. 

Məhkəmə bağça müəlliminin cümə axşamı edam edildiyini açıqlayıb. 

Vanq Yun adlı 40 yaşlı müəllim həmkarı ilə mübahisədən sonra şagirdlərinin yeməyinə zəhərli natrium nitriti qarışdırmaqda günahkar bilinib. 

Şagirdlərdən 24-ü qısa müddətdə sağalsa da biri 10 aylıq müalicədən sonra orqan çatışmazlığından dünyasını dəyişib.

Qeyd edək ki, müəllim ərini də daha əvvəl eyni maddə ilə zəhərləyib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top