Kürdəmirdə güllələnmə hadisəsi baş verib

HADİSƏ 10 iyn 2023, 23:54
Kürdəmir rayonunda güllələnmə hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun 69-cu məhəlləsində qeydə alınıb.

Belə ki, aralarında yaranan mübahisə zəminində rayonun Muradxan kənd sakini 1968-ci il təvəllüdlü İslamov Cümşüd Rizvan oğlu Sor-Sor kənd sakini 1977-ci il təvəllüdlü Məmmədov Müşviq Cümşüd oğluna tapança ilə iki dəfə atəş açıb.

Yaralı dərhal ətrafdakı insanların köməkliyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və o, əməliyyat edilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top