Navalnının həyat yoldaşı Moskvaya gəlməyə hazırlaşır: Həbs ediləcəkmi?

DÜNYA 02 iyn 2023, 21:10
Rusiyada terrorçular və ekstremistlər siyahısına daxil edilən, Ədliyyə Nazirliyinin xarici agentlər siyahısına əlavə edilən rusiyalı müxalif siyasətçi Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya Moskvaya uçmağa hazırlaşır.

Bu barədə məlumatlı mənbələr xəbər veriblər.

O, ərinin yeni məhkəmə prosesində iştirak etmək üçün Moskvaya gəlmək niyyətindədir. Lakin bu səfər onun birbaşa hava limanında həbs edilməsi ilə nəticələnə bilər.

Yuliya Navalnaya həyat yoldaşı ilə eyni maddələr üzrə ittiham oluna bilər. Söhbət ekstremist təşkilatın yaradılması və maliyyələşdirilməsindən, habelə ekstremist fəaliyyətə açıq çağırışlardan gedir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top