Neftçalada yol-nəqliyyat hadisəsində yaralanan sürücü ölüb

HADİSƏ 28 may 2023, 11:30
Mayın 18-də Neftçala şəhərində moped və motosikletin toqquşması nəticəsində yaralanan 28 yaşlı Əli Məmmədov xəstəxanada ölüb.

Demokrat.az
xəbər verir ki, mopedin sürücüsü olmuş Ə.Məmmədov ötən gün saat 13 radələrində Neftçala rayon Mərkəzi Xəstəxanasında keçinib.

Qeyd edək ki, rayonun Bankə qəsəbəsi sakini Əli Məmmədov Vətən müharibəsi qazisi olub.

Xatırladaq ki, mayın 18-də Neftçala şəhərinin Heydər Əliyev prospektində mopedlə motosikletin toqquşması nəticəsində 2 nəfər yaralanmışdı.//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top