Bakıda ər gecələr evə gəlməyən arvadını döydü — TƏFƏRRÜAT

HADİSƏ 19 may 2023, 11:33
Bakının Nərimanov rayonunda 1980-ci il təvəllüdlü Aqil ailə münaqişəsi zəminində həyat yoldaşı Xatirəyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin noyabrın 30-da baş verib. Aqil yaşadıqları mənzilin qonaq otağında Xatirə ilə ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində mübahisə edib. 

Yaranmış mübahisə zamanı Aqil yumruqla arvadının baş nahiyəsindən qəsdən vuraraq ona xəsarətlər yetirib. 

İstintaq orqanı tərəfindən Aqilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aqil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, Xatirə ilə 2009-cu ildə ailə qurublar: 

“Bizim bir qız, bir oğlan övladımız var. Rəsmi şəkildə nikaha daxil olduqdan sonra ilk əvvəllər münasibətlərimiz normal olub. Arvadım ilə anamın mənə bağışladığı mənzildə yaşamışıq. Bir neçə illər keçdikdən sonra münasibətlərimiz tədricən pisləşməyə başladı. Buna səbəb olaraq isə Xatirənin işə düzəlib işləyəndən sonra xarakterinin dəyişməsi və mənə qarşı pis davranmağa başlaması olub. Sonralar tez-tez evə gecələr gəlmədiyi vaxtlar olub. Buna görədə aramızda mübahisə yarandı”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə noyabrın 30-da, saat 09.30-da yaşadıqları evdə olarkən Xatirə evdə gecələmədiyinə görə aralarında yenidən mübahisə yaranıb: 

“Onu evdən qovmaq istədim. Mənzili tərk etməkdən imtina etdiyi üçün əsəbiləşərək mənzilin qonaq otağında yumurqla baş nahiyəsindən bir neçə dəfə vurdum”.

İş üzrə zərərçəkmiş qismində danışan Xatirənin sözlərinə görə, ailə qurduqdan sonra ilk vaxtlar münasibətləri normal olub: 

“Lakin bir müddət sonra tədricən münasibətlərimiz pisləşəməyə başladı. 2010-cu ildə aramızda yaranmış mübahisə zamanı Aqil məni döydü. Həmin vaxt da polisə şikayət etdim. Münasibətlərimizin pisləşməsinə səbəb isə Aqilin həddən artıq spirtli içki qəbul etməsi olub. Hər dəfə spirtli içki içib evdə münaqişə yaradıb, məni evdən qovub. Hətta günlərlə evdən uşaqlarımı da götürərək başqa yerdə qalmışıq. Aqil bununla bağlı heç maraqlanmayıb”.

Zərərçəkmiş deyib ki, hadisə günü, səhər saat 09.30-da Aqil evə sərxoş halda gəlib: 

“Səbəbsiz yerə mübahisə etməyə başladı. Mənə evdən çıxıb getməyimi dedi. Mübahisə zamanı Aqil qəfildən yumruqla üz nahiyəmdən vurdu”. 

Bu cinayət işinə Nərimanov rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Aqil 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Təqsirləndirilən şəxsin üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23.00-dan səhər saat 06.00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulub. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top