Paşinyan rəsmən Azərbaycanın 86,6 min kvadrat kilometrlik ərazi bütövlüyünü tanıdı — XİN açıqlama yaydı...

HADİSƏ 15 may 2023, 11:53
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan 1991-ci il “Alma-Ata Bəyannaməsi”nə sadiq olduqlarını bir daha təsdiqləyiblər.

Demokrat.az
xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ötən gün üçtərəfli görüşün yekunlarına dair açıqlamasında deyib.

"İki ölkənin liderləri 1991-ci il “Alma-Ata Bəyannaməsi”nə və Ermənistanın (29,8 min kvadrat kilometr) və Azərbaycanın (86,6 min kvadrat kilometr) müvafiq ərazi bütövlüyünə sadiq olduqlarını bir daha təsdiq etdilər", - Şarl Mişel bildirib.

O əlavə edib ki, iki ölkə arasında sərhədlərin yekun delimitasiyası növbəti danışıqlar yolu ilə razılaşdırılacaq.



Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi də açıqlama yayıb. 

Açıqlamada deyilir ki, Ermənistan Brüssel görüşündə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını qəbul edib.

Bildirilib ki, görüş zamanı Azərbaycan və Ermənistan arasında ikitərəfli sülh sazişi layihəsinin razılaşdırılması, sərhədlərin delimitasiyası və kommunikasiyaların bərpası istiqamətləri üzrə konkret nəticələrin əldə edilməsi məqsədilə ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycan tərəfinin regionda sülh və sabitliyin təmin edilməsi ilə bağlı prinsipial mövqeyi bir daha tərəf-müqabillərin diqqətinə çatdırılıb. 

Xüsusilə dövlətlərin ərazi bütövlüyünə hörmətin bir daha təsbit edilməsi, bu kontekstdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün Ermənistan tərəfindən də qəbul edilməsi müstəsna əhəmiyyət kəsb edir.



Xatırladaq ki, 21 dekabr 1991-ci ildə Alma-Ata görüşündə imzalanmış (sonradan bu cür görüşlər MDB Dövlət Başçıları Şurasının iclasları şəklində keçirilmişdir) müqavilə ilə MDB-nin məqsəd və prinsipləri, əsasları barədə bəyannamə qəbul edilib. Bəyannamədə MDB-nin yaranması ilə SSRİ-nin mövcudluğunu dayandırdığına işarə edən Belovej razılığı təsdiqlənib.

Nəticədə, Belarusiya, Rusiya və Ukraynadan əlavə daha 8 respublika MDB-yə qoşulub: Azərbaycan (24 sentyabr 1993), Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan.

Gürcüstan 1993-cü ilin dekabrında MDB-yə qoşulub. Baltikyanı respublikalar (Latviya, Litva və Estoniya) Belovej razılığı kimi, Alma-Ata Bəyannaməsini də imzalamaqdan imtina ediblər.

3 aprel 1990-cı il tarixli 1409-I saylı "İttifaq respublikasının SSRİ-dən ayrılması ilə bağlı məsələlərin həlli qaydası haqqında" SSRİ Qanunu və SSRİ-nin qorunub saxlanmasına dair Ümumittifaq referendumunun nəticələrini pozaraq qanuni şəkildə imzalanıb. 


Həsən
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top