Xızıda şəhidin yoldaşı qaynı tərəfindən öldürüldü

HADİSƏ 13 may 2023, 18:30
Xızıda qadın öz qaynı tərəfindən qətlə yetirilib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba regional qrupundan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hadisə bu gün saat 17:00 radələrində rayonun Giləzi qəsəbəsində baş verib.

Belə ki, qəsəbə sakini Ləman Qurbanovanın ailə münaqişəsi zəminində qaynı Taleh Qurbanov tərəfindən boğularaq öldürülməsi barədə polisə məlumat daxil olub.

Dərhal hadisə yerinə polis əməkdaşları gedib. T.Qurbanov polis tərəfindən saxlanılıb.

Əldə etdiyimiz məlumata görə, Ləman Qurbanovanın həyat yoldaşı şəhid olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top