Zelenskidən Kremlə dron hücumu iddialarına İLK REAKSİYA

DÜNYA 03 may 2023, 23:03
Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın Kreml Sarayına dron hücumunun arxasında Ukraynanın dayanması ilə bağlı rəsmi Moskvanın iddialarına cavab verib.

Demokrat.az
xəbər verir ki, o, bu barədə Finlandiyanın paytaxtı Helsinkidə keçirilən mətbuat konfransında danışıb.

Zelenski Rusiyanın bununla bağlı bütün iddialarını rədd edib:

"Biz Putinə hücum etməmişik. Biz öz torpağımızda döyüşürük, kəndlərimizi və şəhərlərimizi müdafiə edirik".

O, əlavə edib ki, Rusiya Ukraynada qələbə qazana bilməz:

"Rusiyanın qələbə qazanması mümkün deyil. Putin artıq xalqı motivasiya edə bilməyəcək. Ordusunu boş yerə ölümə göndərməməlidir".


Aysu
Demokrat.az

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top