Bu gün “Neftçi” və “Qarabağ” üz-üzə gələcək

İDMAN 02 may 2023, 09:16
Bu gün Azərbaycan Premyer Liqasında XXXII tura "Neftçi"-"Qarabağ" oyunu ilə yekun vurulacaq.

Demokrat.az
xəbər verir, “Bakcell Arena”da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Matçı çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov idarə edəcək.

Ağdam klubu 31 turdan sonra 78 xalla turnir cədvəlinə başçılıq edir. 61 xalı olan "ağ-qaralar" isə 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" Qəbələdə "Kəpəz"ə, "Sabah" evdə "Şamaxı"ya 1:0, "Qəbələ" doğma meydanda "Səbail"ə 4:2, "Turan Tovuz" isə səfərdə "Zirə"yə 3:1 hesabı ilə qalib gəlib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top