İlham Əliyevin Bolqarıstana səfəri gözlənilir

SİYASƏT 25 apr 2023, 10:32
Azərbaycan Prezidenti İlham Əliyevin bu gün Bolqarıstana səfəri gözlənilir.

Demokrat.az
xəbər verir ki, bu barədə Bolqarıstanın "Standart news" nəşri yazıb.

Bildirilir ki, Bolqarıstan və Azərbaycan prezidentləri Rumen Radev və İlham Əliyev bu gün Sofiyada Bolqarıstan ("Bulqartransqaz"), Rumıniya (Transqaz), Macarıstan (FGSZ), Slovakiya (Eustream) və Azərbaycanın (SOCAR) qaz nəqli sistemlərinin operatorları arasında əməkdaşlığı təşviq etmək məqsədilə Anlaşma Memorandumunun imzalanması mərasimində iştirak edəcəklər. 

Mərasimdən sonra prezidentlər Rumen Radev və İlham Əliyev Sofiyada SOCAR-ın ofisinin açılışını edəcəklər.

"Azərbaycan Dövlət Neft Şirkətinin ölkəmizdə nümayəndəliyinin açılması haqqında ötən ilin sentyabrında iki dövlət başçısı arasında razılıq əldə olunub", - deyə nəşr qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top