Gəncədə avtomobil aşıb, xəsarət alan var

HADİSƏ 24 apr 2023, 15:10
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb.

Hərəkətdə olan “Mecedes-Benz” ilə “Niva” markalı minik maşınları toqquşublar. Qəzadan sonra “Niva” yoldan çıxaraq aşıb. Nəticədə 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top