Türkiyədə mikroavtobus qəzaya uğradı, 10 nəfər yaralandı

REGİON 23 apr 2023, 09:15
Türkiyədə Anadolu avtomagistralının Kocaeli şəhərindən keçən hissəsində xidməti mikroavtobus qəzaya uğrayıb.

Demokrat.az “Report”a istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər yaralanıb.

Bildirilib ki, paytaxt Ankara istiqamətində hərəkət edən nəqliyyat vasitəsinin qəzaya uğramasına səbəb onun yoldan çıxaraq aşması olub.

Olay yerinə polis, fövqəladə hallar xidməti, habelə təcili tibbi yardım briqadaları cəlb olunub. Qeyd olunub ki, xilasedicilər mikroavtobusda sıxılmış vəziyyətdə qalan sərnişinləri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Qəzada yaralananlar Kocaeli və Sakaryanın xəstəxanalarına yerləşdiriliblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top