Mirvari Qəhrəmanlı “Azəriqaz”dan nə istəyir? — “Hücumlarının” ŞOK SƏBƏBİ...

TƏHLİL 01 apr 2023, 13:22
Özünü “hüquq müdafiəçisi” adlandıran Mirvari Qəhrəmanlının SOCAR-ı hədəfə alan və kampaniya xarakterli iddiaları “nə baş verir” sualını yenidən aktuallaşdırdı. Çünki Mirvari Qəhrəmanlı əsasən neftçilərlə bağlı “işləyir” və onun iddiaları istər-istəməz diqqət çəkməyə bilməzdi. Hesab etmək olardı ki, hüquq müdafiəçisi haqlıdır və məqsədi doğrudan da “hüququ pozulmuş işçi”nin hüquqlarının müdafiəsidir. Amma onun bundan əvvəlki iddialarını və məqsədini xatırladıqda, indi gündəmə gətirdiyi iddiaları araşdırmaq zərurərit yaranır.

Cəmiyyətdə bu cür sualın yaranması anlaşılandır: Mirvari Qəhrəmanlı haqlıdırmı?

Onun iddiasına görə, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismarı İdarəsinin Ucar Xidmət Sahəsinin işçisi İlkin Məmmədovun hüquqları pozulub və yüksək vəzifəli şəxslər tərəfindən həbs olunub. Bu kifayət qədər ciddi ittihamdır. Tutaq ki, İlkin Məmmədov işdən azad olunub, bəs onu niyə həbs ediblər, daha doğrusu “Azəriqaz” İstehsalat Birliyi niyə onu həbs etdirməlidir? 



Məgər “Azəriqaz” hüquq-mühafizə orqanıdır ki, kimisə həbs etdirsin? 

Yaxud hansısa əməkdaşı iş fəaliyyətində qanunsuzluğa yol veribsə, “Azəriqaz” onu yalnız işdən kənarlaşdıra bilər, Birlik də məhz bu addımı atıb.

Amma həmin əməkdaş həbs olunursa, bu artıq “Azəriqaz”ın səlahiyyətlərindən də, iş fəaliyyətindən də uzaq olan məsələdir.

Bu məqamlar Mirvari Qəhrəmanlının iddiasının yalan və böhtan olduğunu ilk öncə məntiq olaraq ispat edir...

Əslində nə baş verib?

“Azəriqaz” İstehsalat Birliyi məsələyə aydınlıq gətirib. Bildirilib ki, İlkin Məmmədov əmək müqaviləsi üzrə tapşırılan işləri yerinə yetirmədiyi üçün işdən uzaqlaşdırılıb, eyni zamanda polis əməkdaşlarına zorakılıq tətbiq etməsinə görə həbs edilib. Daha sonra əməkdaşın qanında psixotrop maddə, yəni “narkotik” aşkarlanıb. Məsələ araşdırıldığı üçün, yəni istintaq getdiyi üçün “Azəriqaz” İstehsalat Birliyi ona edilən qarayaxmalara və böhtanlara cavab vermək məcburiyyətində qalaraq, bu açıqlama ilə kifayətlənir və qeyd edir ki, araşdırmalar davam edir. 

Əldə etdiyimiz məlumata görə, İlkin Məmmədov yol verdiyi ciddi nöqsanlara görə işinə xitam verilib, artıq işdən çıxarıldıqdan xeyli müddət sonra həbs olunub, buna səbəb də narkotik maddələrdən istifadə etməsi göstəriliri. Artıq bu, hüquq-mühafizə orqanlarının işidir.



Göründüyü kimi, Mirvari Qəhrəmanlının iddiaları yumşaq desək, həyasızlıqdır. Amma buna baxmayaraq, “hüquq müdafiəçisi”nin davamlı şəkildə “Azəriqaz” İstehsalat Birliyi haqda iddialar irəli sürməsi və bunu qarayaxma kampaniyasına çevirməsi bir məsələyə də aydınlıq gətirilməsini zəruri edir.

Mirvari Qəhrəmanlı əslində nə istəyir, onun gerçək məqsədi nədir?

Bir müddət öncə də Mirvari Qəhrəmanlı SOCAR-a qarşı da oxşar iftira kampaniyası aparırdı. Həmin vaxtı Mirvari Qəhrəmanlı SOCAR-ı hədəf götürməklə həm xaricdən qrant almağa, həm şirkətin daxilindəki “köhnə canavar”lardan pul sömürməyə,  həm də qurumun yeni rəhbərliyini ələbaxan etməyi planlayırdı. Amma planı baş tutmadı, özünü və ətrafını rəzil vəziyyətə salıb “abırına qısıldı”. 

İndi “hüquq müdafiəçisi”nin yenidən “hücuma” keçməsi onun köhnə vərdişlərini yada salmağı yenidən aktuallaşdırır. Məsələnin mahiyyəti bundan ibarətdir...

Heç kəsə sirr deyil ki, Mirvari Qəhrəmanlı vaxtilə SOCAR-dan “haqq” alırdı, yəni əvvəllər qurumu sərt tənqid etdi, daha sonra bu tənqidləri dayandırdı, çünki artıq SOCAR-ın əvvəlki rəhbərliyi ilə anlaşaraq, “haqq” olaraq qurumdan ödəniş almışdı. İndi bu “haqdan” məhrum olduğu üçün hər fürsətdə SOCAR-ı hədəfə alır və düşünür ki, hər şey əvvəlki kimi olacaq. Yəni SOCAR-ın yeni rəhbərliyi də “hücum”ları dayandırmaq üçün onunla anlaşacaq və “haqqını” verəcək.

Halbuki, SOCAR-ın əvvəlki rəhbərliyindən fərqli olaraq yeni rəhbərlik həm özünün şəffaf fəaliyyətinə görə, həm də heç bir “maxinasiya” ilə məşğul olmadığı üçün bu cür ucuz kampaniyalardan, tənqidlərdən qətiyyən çəkinmir və bu cür tənqidlərə, ittihamlara görə kiməsə “haqq” ödəmək fikrində deyil.

Mirvari Qəhrəmanlının hər fürsətdə qurumla bağlı iddialar gündəmə gətirməsi və bunu kampaniyya çevirməsinin məqsədi də məhz budur. Onun “Azəriqaz”la bağlı məsələni manipulyasiya edərək, təhrif olunmuş formada təqdim etməsi də buna hesablanıb. Gerçəklik isə ortadadır: Mirvari Qəhrəmanlının düşündürən kiminsə hüququ yox, özünün maraqlarını təmin etməkdir!


Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top