Mikayıl Cabbarov Ramzan Kadırovun oğlu ilə görüşdü

GÜNDƏM 31 mart 2023, 23:07
İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda səfərdə olan Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun oğlu Əhməd Kadırovla görüşüb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Çeçenistan lideri Ramzan Kadırov Teleqramda yazıb.

O bildirib ki, tərəflər Rusiya və onun subyekti - Çeçenistanla iqtisadi əlaqələri gücləndirmək, eləcə də müxtəlif sosial-iqtisadi sahələrdə layihələrin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək istəyini ifadə ediblər.

Xatırladaq ki, Əhməd Kadırov dünən Azərbaycanda QMİ sədri Allahşükür Paşazadə ilə də görüşüb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 may 2025, 10:40
Top