Ukrayna BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasını ÇAĞIRDI

SİYASƏT 27 mar 2023, 15:14
Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirmək qərarından sonra Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının növbədənkənar iclasını çağırıb.

Demokrat.az
xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Məlumata görə, Rusiya prezidenti Vladimir Putinin Belarusda nüvə silahı yerləşdirəcəklərini bəyan edib. 

Bundan sonra Ukrayna Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) fövqəladə iclasını çağırıb. 

Ukrayna Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada deyilir:

“Rusiya Federasiyasının Belarus ərazisində taktiki nüvə silahı yerləşdirmək niyyəti ilə bağlı son bəyanatı, Putinin Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin fundamental prinsiplərini pozur. Bu, növbəti təxribatçı addımdır”.

Bəyanatda həmçinin bildilirib ki, Rusiyanın bəşəriyyətə qarşı hərbi cinayətlərinə baxmayaraq, döyüş meydanında heç zaman qalib gələ bilməyəcək. 

Ukrayna Xarici İşlər Nazirliyi Belarusu Rusiya silahlarının yerləşdirilməsinin qarşısını almağa çağırıb.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top