Abşeron rayonunda ər-arvad arasında yaranan mübahisə sonda cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, Hadisə bu ilin yanvarın 15-də baş verib.
Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Fəxrəddin həmin gün saat 14 radələrində arvadı Xumarın (adlar şərtidir – red) yaşadığı valideyininə məxsus evin dəhlizində aralarında yaranmış ailə-məişət zəminində mübahisə zamanı onun üzərinə hücum edib. Sifət nahiyəsinə sağ əli ilə bir dəfə yumruq və sol əli ilə bir dəfə şillə vurub. Qadına müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Fəxrəddinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fəxrəddin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Xumar ilə 2016-cı ildə ailə həyatı qurub və övladları 2018-ci ildə dünyaya gəlib: “Lakin təxminən 2 il müddətdir ki, aramızda münaqişələr davam edib. 2024-cü ildə aramızda baş vermiş münaqişələr nəticəsində Xumar yaşadığımız evi tərk edərək valideyinin yaşadığı evə getdi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə yanvarın 15-də, saat təxminən 14 radələrində arvadı xumarın yaşadığı ünvana gedib: “Orada evin dəhlizində olarkən aramızda ailə-məişət zəminində münaqişə yarandığına görə üzərinə hücum etdim. Sifət nahiyəsinə sağ əlim ilə bir dəfə yumruq və sol əlim ilə bir dəfə şillə vuraraq onu döydüm. Sonra isə oradan uzaqlaşdım”.
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Fəxrəddinin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Qeyd edək ki, Fəxrəddin şirkətlərdən birinin baş direktoru vəzifəsində çalışır.
Fariz Məlikli
Demokrat.az