Bakıda arvadını öldürən şəxsin məhkəməsi başlayır

HADİSƏ 24 mar 2023, 09:55
Bakının Xətai rayonunda həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan 1976-cı il təvəllüdlü İlqar Qəribovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

İş araşdırılması üçün hakim Əli Məmmədovun icraatına verilib. 
Bu cinayət işi üzrə yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, Xətai rayonunu ərazisində 1983-cü il təvəllüdlü Raminə Qəribovanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin keçmiş əri 1976-cı il təvəllüdlü İlqar Qəribovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Raminə Qəribovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

İlqar Qəribov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

İstintaq orqanı tərəfindən İlqar Qəribovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top