BMT Ukraynada sülh prosesini hələlik mümkün hesab etmir

DÜNYA 21 mar 2023, 23:23
BMT hazırda Ukraynada sülh prosesinin başlanmasını mümkün hesab etmir, lakin müsbət dəyişiklikləri dəstəkləməyə həmişə hazırdır.

APA-nın məlumatına görə, bunu çərşənbə axşamı keçirdiyi brifinqdə Ümumdünya Təşkilatının baş katibinin mətbuat katibinin müavini Fərhan Haq deyib.

“Hazırda zorakılıqlar və hərbi əməliyyatların gedişi ilə bağlı gündəlik hesabatlarımızdan da göründüyü kimi, indi sülh prosesini təsəvvür etmək çox çətindir. Ancaq bu dinamika dəyişərsə, əlbəttə ki, biz bunu alqışlayacağıq və dəstəkləyəcəyik”, - deyə Haq bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top