
Gədəbəydə meyit tapılıb.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Slavyanka kəndində qeydə alınıb.
Kənd ərazisində Mingəçevir şəhər sakini olan 1985-ci il təvəllüdlü Nahid Həsənovun meyiti tapılıb. Meyit müayinə olunmaq üçün Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.
Məlumata görə, həmin şəxs bir ay əvvəl itkin düşüb.